Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

Mingəçevir Dövlət Universiteti (MDU) tərəfindən reallaşdırılan “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. Dördüncü görüşün qonağı 44 günlük Zəfər Yürüşünün iştirakçısı, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhramanı” adı ilə təltif olunmuş mayor Elnur Şirinov olacaqdır.

“Tarixi Zəfər” mövzusunda keçiriləcək görüş “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaqdır.

2020-ci ilin 24 dekabr tarixində saat 12:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində bundan əvvəl keçirilən görüşlərin qonaqları BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası Mili Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov olublar.