Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasının icrası çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin rəqəmsallaşdırılmasına yönəlmiş hədəfə çatmaq üçün universitet rəhbərliyinin yüksək qayğısı və diqqəti nəticəsində İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə tələbələr üçün Python proqramlaşdırma dili üzrə 4 aylıq modul təlim təşkil edilib. Təlim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı Nail Məmmədov tərəfindən onlayn formatda MS Teams təhsil platforması üzərindən keçirilir. İlk gündən təlim tələb olunan proqramlaşdırma bacarıqlarını öyrənmək istəyən tələbələrin böyük marağına səbəb oldu ki, bu da onların gələcək peşəkar çağırışlara hazırlanmasında mühüm addım olacaqdır.
Mingəçevir Dövlət Universitetində proqramlaşdırma sahəsi üzrə təlimlərə start verilib
- Запись опубликована:16.10.2024
- Рубрика записиİT kafedrası
Вам также может понравиться

MDU-da Dünya Robot Olimpiadası ilə bağlı infosessiya keçirilib

Mingəçevir Dövlət Universitetində “Web 2.0 alətləri ilə tədrisin modernləşdirilməsi” üzrə peşəkar təlim keçirilib

MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin növbəti elmi-praktik konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində “STEAM təlimləri”nə start verilib

İnformasiya texnologiyaları kafedrasının 24.02.2025-ci il tarixdə növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Google alətləri və onların tədrisdə tətbiqi” mövzusunda təlim keçirilib

MDU Seulda beynəlxalq İKT təlimində təmsil olunur
