Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqaviləyə uyğun olaraq, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2023/2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına müraciət davam edir. Proqrama müraciət üçün son tarix 30 aprel 2023-cü ildir.
Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.