MDU-da “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş qızlar arasında voleybol şəhər turniri keçirilib

4–5 noyabr 2025-ci il tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) idman zalında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə MDU-nun birgə təşkilatçılığı ilə ali, orta ixtisas və peşə məktəblərinin qız tələbələri arasında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş voleybol üzrə Mingəçevir şəhər turniri keçirilib.

Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtlarının səmərəli təşkili, qızlar arasında idmana marağın artırılması, komandalar arasında dostluq münasibətlərinin gücləndirilməsi və “Zəfər Günü”nün əhəmiyyətinin gənclər arasında geniş təbliğ edilməsi olub.

İki gün davam edən yarışda müxtəlif təhsil müəssisələrini təmsil edən qız komandaları mübarizə aparıb və oyunlar həm dinamizmi, həm də komandaların yüksək hazırlığı ilə seçilib.

Turnirin nəticələrinə əsasən:

I yer – UGİŞM komandası

II yer – MTK komandası

III yer – MDU komandası

Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom və medallarla təltif olunublar.

MDU-da keçirilən bu turnir qız tələbələrin idmana marağının artırılmasına, sağlam həyat tərzinin təşviqinə və Zəfər Gününün gənclər arasında daha geniş təbliğinə mühüm töhfə verib.