Вы сейчас просматриваете REFRESH – Erasmus+ KA2 layihəsinin rəsmi saytı istifadəyə verilib

REFRESH – Erasmus+ KA2 layihəsinin rəsmi saytı istifadəyə verilib

Mingəçevir Dövlət Universitetinin tərəfdaşı olduğu, Azərbaycan Dövlət İqtisad Univesitetinin  (UNEC) 2022-ci ildə ERASMUS + proqramının KA2 fəaliyyət növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsinin rəsmi vebsaytı istifadəyə verilib.

Saytda layihə haqqında ümumi məlumat, layihənin məqsəd və vəzifələri, iş paketləri, tərəfdaşların təsviri, xəbərlər, şəkillər və ictimaiyyətə açıq sənədlər bölməsi əks olunub.

www.refresh-erasmus.com