Rektor Şahin Bayramovun MDU kollektivinə müraciəti

  • Рубрика записиXəbərlər (AZ)

Rektor Şahin Bayramovun MDU kollektivinə müraciəti

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələrimiz və magistrantlarımız!

Bu gün Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestri üçün sonuncu dərslərimiz baş tutdu.

Qlobal pandemiya ilə mübarizənin davam etdiyi bir şəraitdə bütün dərslərimiz mövcud qanunvericiliyin tələbləri çərçivəsində məsafədən (distant) keçirildi.

Təhsil Nazirliyinin dəstəyi ilə təqdim edilən “Microsoft Teams” platformasının virtual auditoriyaları tələbə və müəllimlərimizi bir araya gətirdi.

Hər biriniz, MDU ailəsinin üzvü olaraq, tədris prosesində davamlılığın təmin olunmasında mühüm rol oynadınız.

Sizin böyük fədakarlığınız hesabına bakalavriat və magistratura səviyyələrində təqdim olunan məsafədən dərslər haqqında tələbələrimizdən, onların valideynlərindən və ictimaiyyət nümayəndələrindən çoxsaylı müsbət rəylər almışıq.

Belə bir nəticənin əldə olunması üçün yorulmadan çalışan müəllimlərimizə və inzibati-texniki heyət üzvlərimizə təşəkkür edir, məsafədən dərslərdə fəal iştirak edən tələbələrimizə və magistrantlarımıza minnətdarlığımı bildirirəm.

2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında hər birinizə uğurlar arzulayıram.

Fürsətdən istifafə edərək, Sizi vaksinasiya prosesində fəallıq göstərməklə MDU-nun doğma auditoriyalarında dərs keçəcəyimiz günləri birlikdə yaxınlaşdırmağa çağırıram.