Rektor Şahin Bayramovun Ramazan bayramı təbriki

  • Рубрика записиXəbərlər (AZ)

Hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Ramazan ayı hər birimizi ədalətə, saflığa, birliyə və mərhəmətə dəvət edir.

Qlobal pandemiya səbəbindən builki Ramazan ayını hamımız fərqli şəraitdə keçirməli olduq. Əminik ki, ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər və atılan qətiyyətli addımlar nəticəsində tezliklə infeksiya ilə mübarizədə qalib gələcəyik.

Tutduğunuz orucların qəbul olunmasını arzulayır, Ramazan ayının Sizə və ailələrinizə bol ruzi-bərəkət və firavanlıq gətirməsini diləyirəm.

Ramazan bayramınız mübarək olsun!

Hörmətlə,

Rektor Şahin Bayramov