Вы сейчас просматриваете Şəhidlik zirvəsinə ucalmış məzunlarımız

Şəhidlik zirvəsinə ucalmış məzunlarımız

  • Рубрика записиMDU

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının gücünü, birliyini və yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Əzəli və doğma torpaqlarımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına tariximizin şanlı səhifələrini yazdılar.

Tarixi zəfər yürüşündə Mingəçevir Dövlət Universitetinin (MDU) 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu – Oruc Nəcəfli, Kənan Abdullayev, Əzəmi Hüseynov, Faiq Həsənov və Yusif Cəfərov şəhdilik zirvəsinə ucalıb.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizlə qürur duyur və onların əziz xatirəsini daim dərin ehtiram və minnətdarlıq hissləri ilə yad edirik.

Oruc Nəcəfli 6 oktyabr 1989-cu ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbi bitirdikdən sonra 2007-2011-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb.

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı O.Nəcəfli Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabrın 6-da şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən O.Nəcəfli “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ətraflı: https://www.muallim.edu.az/news.php?id=16017

Kənan Abdullayev 3 dekabr 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 16 nömrəli orta məktəbi bitirdikdən sonra 2011-2015-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) İqtisadiyyat fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı leytenant K.Abdullayev Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 16-da şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən K.Abdullayev “Vətən uğrunda”, “İgidliyə görə” medalları və üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ətraflı: https://muallim.edu.az/news.php?id=16212

Əzəmi Hüseynov 29 avqust 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2010-2014-cü illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) Energetika fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı Ə.Hüseynov Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 8-də şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Ə.Hüseynov “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ətraflı: https://muallim.edu.az/news.php?id=17522#prettyPhoto

Faiq Həsənov 28 iyul 1990-cı ildə Bakı şəhərində anadan olub. Səbail rayonu 189-190 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra 2008-2012-ci illərdə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) İqtisadiyyat fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı gizir F.Həsənov Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 5-də şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən F.Həsənov “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən “Şücaətə görə” medalları ilə təltif edilib.

Yusif Cəfərov 25 aprel 1996-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2013-2017-ci illərdə MDU-nun İqtisadiyyat fakültəsində ali təhsil alıb.

Vətən müharibəsi zamanı Y.Cəfərov Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edib və noyabrın 4-də şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Qorxmaz İsgəndərov 23 oktyabr 1999-cu ildə Ağcabədi rayonunun Taxta-Körpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonundandır. 2017-2021-ci illərdə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində “Sənayenin təşkili və idarə edilməsi” ixtisasında təhsil alıb.

2022-ci ilin 12 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi geniş miqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olub.