Son iki ay ərzində məşhur Scopus elmmetrik bazasında indekslənən nüfuzlu elmi jurnallarda Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşlarının 3 məqaləsi dərc edilib. Bunlar Biznes və menecment kafedrasının dosenti, i.f.d. Emiliya Hüseynovanın “The Impact of Military Allocations on Economic Development: Insights from the South Caucasus Region” adlı məqaləsi (“International Journal of Economics and Financial Issues” jurnalı (Türkiyə), 2025, Cild 1, No. 3), İqtisadiyyat kafedrasının dosenti, i.f.d. Vüqar Məmmədlinin “The Model Of Development Of Tourism Activity In The Region Of Azerbaijan” adlı məqaləsi (“International Journal of Environmental Sciences” beynəlxalq elmi jurnalı, Cild 11, № 3S) və Xarici dillər kafedrasının müəllimi Xədicə Əliyevanın “The Role of Mobile Computing in Adaptive Testing for English Language Learners: Personalizing Assessment to Improve Outcomes” adlı məqaləsidir (“Forum for Linguistic Studies” jurnalı (Sinqapur), 2025, Cild 7, № 7).
Bununla da cari ilin yeddi ayı ərzində Scopus bazasında indekslənən nüfuzlu elmi jurnallarda MDU əməkdaşlarının dərc olunmuş məqalələrinin sayı 11-ə çatıb. Belə ki, ilin ilk beş ayı ərzində belə jurnallarda İnformasiya texnologiyaları kafedrasının müəllimi Zemfira Əliyevanın bir məqaləsi, həmin kafedranın dosenti, tex.f.d. Almaz Əliyevanın 3 məqaləsi, Biznes və menecment kafedrasının əməkdaşı Nurlan Əzizlinin 1 məqaləsi və həmin kafedranın əməkdaşı Ramil Həsənovun 3 məqaləsi dərc edilib.
Qeyd edək ki, bu günədək Scopus bazasında indekslənən nüfuzlu elmi jurnallarda MDU əməkdaşlarının ümumilikdə 51 məqaləsi dərc olunub.