MDU-da seminar: Yazılı sənədlərin düzgün tərtibi və orfoqrafiya qaydaları

  • Рубрика записиKaryera

2023-cü ilin martın 13-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Yazılı sənədlərin düzgün tərtibi və orfoqrafiya qaydaları” mövzusunda seminar keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Balakişiyevanın təqdimatında keçirilən seminarda universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər.

Seminarda əməli yazı nümunələri haqqında ətraflı məlumat verilib, onların düzgün tərtibi üçün diqqət yetirilməli məqamlardan və orfoqrafiya qaydalarından bəhs edilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda təqdim edilən suallar cavablandırılıb.