2026-cı ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbinin təşkilatçılığı ilə “İnformasiya dövründə effektiv marketinq kommunikasiyası” mövzusunda növbəti seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən hibrid formada təşkil olunan seminarda Mingəçevir Dövlət Universitetinin bir qrup müəllimi və tələbələri iştirak ediblər.
Seminarda Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin professoru Metehan Tolon təqdimatla çıxış edib. Prof. M.Tolon çıxışında informasiya cəmiyyətində marketinq kommunikasiya strategiyalarının rolu, rəqəmsal platformaların təsiri, müştəri ilə düzgün ünsiyyətin qurulması və brend dəyərinin formalaşdırılmasında kommunikasiya vasitələrinin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, sosial media, rəqəmsal reklam, kontent marketinqi və interaktiv kommunikasiya üsullarının müasir dövrdə əsas alətlərdən biri olduğunu vurğulayıb.
Seminarın əsas məqsədi tələbələri informasiya dövrünün tələblərinə uyğun marketinq yanaşmaları, effektiv kommunikasiya strategiyalarının qurulması və rəqəmsal mühitdə düzgün mesaj ötürülməsi bacarıqları ilə tanış etmək olub.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, MDU-nun Ömürboyu Təhsil Məktəbi tərəfindən seminarlar silsilə formasında davam etdiriləcəkdir.