2024-cü il martın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl nəqliyyat” mövzusunda seminar keçirilib. Universitetin Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantı iştirak edib.
Seminar zamanı MDU-nun Mexanika kafedrasının müəllimi Habil İsmayılzadə təqdimatla çıxış edib. Təqdimat zamanı yaşıl nəqliyyat anlayışı, onun növləri, sürücü və piyadaların yol hərəkəti iştirakçısı olduqları zaman diqqət etməli olduqları məqamlar, nəqliyyat vasitələrinin ətraf mühitə olan təsirləri haqqında məlumat verilib.
Sonra, Mingəçevir şəhər polis şöbəsinin polis kapitanı Azər Həsənov iştirakçılara yol hərəkətinin təşkili, qaydalara riayət olunmasının istər hüquqların müdafiəsi, istərsə də həyat təhlüksəziliyi baxımından əhəmiyyəti, yol polsinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Gənclərin maarifləndirilməsinin önəmindən söhbət açan A.Həsənov keçirilən tədbirin təqdirəlaiyq olduğunu diqqətə çatdırıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, ünvanlanan suallar cavablandırılıb.
Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.