MDU-da seminar: “Gender bərabərliyi”

  • Рубрика записиKaryera

Mingəçevir Dövlət Universitetində (MDU) “Gender bərabərliyi” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.

Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda gender məsələləri üzrə ekspert Fidan Qasımova təqdimatla çıxış edib.

Çıxış zamanı gender anlayışı, gender bərabərsizliyinin məfhumları haqqında məlumat verilib. Gender brəbabərliyinin dayanıqlı inkişaf məqsədləri planına daxil olan əsas məqsədlərdən biri olduğunu furğulayan F.Qasımova bu məqsədə çatmaq üçün nəzərdə tutualn hədəflərdən söhbət açıb.

Sonra, mövzu ilə əlaqədar müvafiq tapşırıqlar çərçivəsində qrup işləri aparılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.