Mingəçevir Dövlət Universitetinin Süni intellekt və rəqəmsal texnologiyalar institutu və Energetika kafedrasının birgə təşkilatçılığı ilə Mühəndislik fakültəsində Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan SDG 7 – “Sərfəli və təmiz enerji” istiqamətinə həsr olunmuş “Təmiz enerji və gənclərin sosial həlləri” startap yarışı keçirilib.
Yarışın əsas məqsədi tələbələr arasında təmiz enerji sahəsində innovativ ideyaların təşviqi, sosial yönümlü texnoloji həllərin inkişaf etdirilməsi və gənclərin startap ekosistemində fəallığının artırılması olub.
Yarışda ümumilikdə 4 komanda iştirak edərək öz layihələrini təqdim etmişdir. Təqdim olunan layihələr alternativ enerji mənbələrinin səmərəli istifadəsi, enerji resurslarının optimallaşdırılması və sosial problemlərə innovativ yanaşmaların tətbiqi istiqamətlərini əhatə etmişdir.
Yarışda iştirak edən komandalar və layihələri aşağıdakılardır:
“MduTech” komandası
Layihə: Optisun
Zeynalov Seymur (KM24)
Qurbanov Rəvan (KM24)
Mustafazadə Nihat (KM24)
“ARC-M Energy” komandası
Layihə: Re-gen
Quliyeva Məxmər (KE24)
Rüstəmov Ramal (KE24)
İmamquliyev Amil (KE24)
Quluzadə Cavidan (KE24)
“Urban Mind” komandası
Layihə: GreenWave Pro
Əliyev Seymur (İT 23.1)
Cəfərli Nurlan (İT 23.1)
Əbdilov Nicat (İT 23.1)
“Aizerbaijan” komandası
Layihə: LinkUp
Mahmudov Nihat (İT 23.1)
Rövşən Məmməd (İT 23.2)
Komandaların təqdimatları dinlənildikdən sonra ekspertlər tərəfindən aparılan qiymətləndirmə nəticəsində qaliblər müəyyən olunmuşdur. Nəticələrə əsasən:
- I yer – 30 balla “Aizerbaijan” komandası
- II yer – 29 balla “Urban Mind” komandası
- III yer – 25 balla “ARC-M Energy” və “MduTech” komandaları
Yarışda ekspert qismində İnformasiya texnologiyaları kafedrasının müəllimləri Əhmədova Nərmin, Nəsirova Şəbnəm, Süleymanlı Aysu və Energetika kafedrasının müəllimi Şöyübov Məhəmməd iştirak etmişlər.
Qeyd edək ki, bu kimi təşəbbüslər tələbələrin innovativ düşüncə və texnoloji yaradıcılıq bacarıqlarının inkişafına, təmiz enerji sahəsində yeni ideyaların formalaşmasına və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən layihələrin təşviqinə xidmət edir.