Təhsil naziri Mingəçevir Dövlət Universitetinin kollektivi ilə görüşüb

  • Рубрика записиMDU xəbərləri

İyunun 28-də Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Mingəçevir Dövlət Universitetində (MDU) professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.

Nazir ölkəmizdə ali təhsilin inkişafına dövlət başçısı və Birinci vitse-prezident tərəfindən göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, MDU-nun son illərdəki uğurlu inkişafını vurğulayıb, ali təhsilin əlçatanlığının artırılması istiqamətində görülən işlərdən danışıb, bu təhsil səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Təhsil naziri görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

MDU-nun rektoru Şahin Bayramov səmimi formatda keçən görüşə görə universitetin kollektivi adından təhsil nazirinə təşəkkürünü bildirib.