“Tələbələr öz mediasını yaradır” layihəsi

“Tələbələr öz mediasını yaradır” layihəsi

 

Layihə kimlərə ünvanlanıb?

– Əgər sən Gəncə Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin və ya Lənkəran Dövlət Universitetinin II-III kurs tələbəsisənsə;

– Tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunmasına maraqlısansa;

Məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infografik hazırlamağa həvəslisənsə

O ZAMAN BİZİM LAYİHƏYƏ QOŞUL!

Təlimlər:

1. Oktyabr ayında öz şəhərinizdə üç günlük təlim vaxtı Almaniyadan olan təlimçilər və digər tələbələrlə birgə 3 günlük təlimdə öz mövzularını işləyib hazırlayırsan.

– Gəncə 11-13 Oktyabr

– Mingəçevir 15-17 Oktyabr

– Lənkəran 19-21 Oktyabr

2. 01-04 noyabr tarixlərində 4 günlük onlayn səfərdə Almaniya ali məktəblərində tələbə həyatının təşkili, tələbə qurumları, onların mediası ilə birinci əldən tanış olursan.

3. Noyabrın 22-26 tarixlərində Bakıda digər regionlarda olan tələbələrdə birlikdə 5 günlük tədbirdə Sosial Media menecmenti, redaksiya menecmentinin əsasları ilə tanış olursan və birlikdə onlayn tələbə mediası yaradırsan. Eyni vaxtda Bakıdakı media qurumlarına ekskursiyalarda iştirak edirsən.

Xərclər: İştirak ödənişsizdir, Bakı səfərinin bütün xərcləri (yol, gecələmək, qidalanma) layihə tərəfindən qarşılanır.

Qeyd: Təşiklatçılar təlimlər vaxtı Covid-19 ilə bağlı təhlükəsizlik tədbirləri görəcək. Təlimlərin keçirilməsi üçün karantin qaydalarına riayət etmək şərtdir.

Sualların varsa, bizə yaza bilərsən: narminagasimova@cesd.az

Müraciət üçün son tarix 04.10.2021

İştirak üçün bu müraciət formasını doldurmaq xahiş olunur:

https://docs.google.com/forms/d/1nvbUJThNWTN-0zVzGwx9HMFyCmg5dyEuHIKYEHbkhH4/viewform?edit_requested=true

Tədbir Almaniya Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində maliyyələşdirilir.