2024-cü il 27 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında əməkdaşlıq çərçivəsində taksi minik avtomobillərinin sürücüləri üçün təşkil edilmiş növbəti təlim proqramını uğurla başa vuranların müvafiq şəhadətnamələri təqdim edilib.
2024-cü ilin 22-26 aprel tarixlərində MDU-nun yüksək ixtisaslı müəllimlərinin təlimçi qismində cəlb olunduğu təlim proqramında 12 nəfər taksi minik avtomobilinin sürücüsü iştirak edib və sonda AYNA tərəfindən təşkil edilmiş imtahanlarda iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov təlim proqramını uğurla başa vuran və imtahanları müvəffəqiyyətlə keçən taksi minik avtomobilinin sürücülərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, MDU-nun peşəkar müəllimlərinin iştirakı ilə həyata keçirilən təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə Proqram”a uyğun olaraq yüksək səviyyədə təşkil olunub və AYNA ilə əməkdaşlıq davam edəcəkdir.
Təlim iştirakçıları yaradılan şərait, yüksək səviyyədə baş tutan təlim proqramına görə MDU rəhbərliyinə və təlimçilərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da Taksi fəaliyyətinin tənzimlənməsinə dair 2023-cü il oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən təlimlərə noyabr ayından start verilib. Bu təşəbbüs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.