2025-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi konfransı keçirilib.
Universitetin ikinci tədris binasının akt zalında təşkil olunan tədbirdə fakültənin dekanı, dosent Almaz Əliyeva, eləcə də akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər. Konfrans səmimi elmi müzakirə mühiti ilə yadda qalıb.
Tədbirdə müxtəlif mühəndislik sahələrini əhatə edən məruzələr dinlənilib və mövzular üzrə müzakirələr aparılıb.
MDU-nun tələbələrindən Dinar Quluzadə “Saytlar arası skriptdən istifadə edərək hesabın ələ keçirilməsi”, Eltun Nəsibov “Sənaye 4.0 konsepsiyasının Azərbaycanda tətbiqi”, Emil Qafarlı “İqlim dəyişikliyində yaşıl enerjinin rolu”, Ayşən Qədirli “Günəş panellərinin işləmə prinsipi”, Həsən Hacıyev “Hibrid avtomobil istismarının ətraf mühitə təsiri”, Ləman Məcidova “Nanoelektronika dövründə enerji qənaətli mikroprosessor dizaynı: Yeni texnologiyalar və çağırışlar”, Məhəmməd Məmmədli “Kiçik dil modelinin (Small LLM) yerli səviyyədə öyrədilməsi”, Ziynət Mahmudova “Azərbaycan Respublikasında davamlı ekoloji inkişafın tənzimlənməsinin əsas istiqamətləri”, Şəms İbrahimova “Rəqəmsal idarəetmədə süni intellekt və hüquqi tənzimləmə”, Gülçin Qaffarzadə “Ekoloji təhlükəsizlikdə süni intellektin tətbiqi” və Aytac İsayeva “Milli təhlükəsizlik sistemlərində LİDAR və kompüter görmə texnologiyalarının tətbiqi” mövzularında məruzələrlə çıxışlar ediblər.
Konfrans tələbələrin mühəndislik sahəsində elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, onların analitik təfəkkürünün inkişafı və texnoloji yeniliklərə dair akademik müzakirə imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyıb. Tələbələr təqdim etdikləri mövzular üzrə səmərəli fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, MDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif elmi, ictimai və maarifləndirici tədbirlər ardıcıl şəkildə davam etdirilir.