MDU-da Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası ilə bağlı təqdimat keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il 5 iyun tarixində “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” xüsusi Sərəncam imzalamışdır. Sərəncamın 2.1 bəndinə uyğun olaraq müvafiq Tədbirlər Planı hazırlanmışdır.

13 noyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə sözügedən Sərəncam ilə bağlı təqdimat keçirilmişdir. Universitetin tələbə və magistrantlarının iştirak etdikləri tədbirdə Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev forum haqqında geniş məlumat vermiş, onun əhəmiyyətindən danışmışdır.

Maraqla qarşılanan tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.