MDU-da Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası ilə bağlı növbəti təqdimat keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 5 iyun tarixində “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” imzaladığı xüsusi Sərəncamın 2.1 bəndinə uyğun olaraq müvafiq Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər Planına uyğun olaraq, 15 dekabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə sözügedən Sərəncam ilə bağlı növbəti təqdimat keçirilmişdir. Universitetin magistrantlarının iştirak etdikləri tədbirdə Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev forum haqqında ətraflı məlumat vermiş, onun ölkə üçün əhəmiyyətindən danışmışdır.
Maraqla qarşılanan tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.