TKTA Mingəçevir Dövlət Universitetində təlimlərə start verdi

  • Рубрика записиMDU xəbərləri

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən Universitetdə təlimlərə start verilib.

Təlimlərin əsas məqsədi Mingəçevir Dövlət Universitetinin akademik heyətinə sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.

Sözügedən təlimlərdə MDU-nin bir sıra inzibati və akademik heyəti iştirak edir. Təlimlərin 8 iyul tarixinə qədər davam edəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.