MDU-da təhsil tələbə krediti ilə bağlı məlumatlandırıcı görüş keçirilib

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində (MDU) təhsil tələbə krediti ilə bağlı məlumatlandırıcı görüş keçirilib. Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndəsi Fatimə Abdullayevanın təqdimatında keçən görüşdə MDU-nun bir qrup müəllimi və tələbəsi iştirak edib.

Təbliğat və maarifləndirmə məqsədi daşıyan görüşdə F. Abdullayeva TTKF-nın fəaliyyəti, təhsil tələbə kreditinin üstünlükləri, müraciət forması, standart və sosial kredit növləri arasındakı fərqlər, həmçinin fondun xidmətlərindən faydalanan tələbələr üçün yaradılan əlavə imkanlar barədə məlumat verib.

Tələbələrin sualları cavablandırılıb, təhsil imkanlarının genişləndirilməsi və sosial rifahın dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb.