Əziz tələbələr və magistrantlar!
İnnovativ ideyalarınızı reallaşdırmaq, maliyyə dəstəyi və inkubasiya imkanı qazanmaq üçün Regional Universitet-Sənaye Birliyi Sammiti (RUSB 2025) çərçivəsində keçiriləcək “UniStartup” müsabiqəsinə qoşulun!
Sənin də innovativ ideyan var? Onu reallaşdırmaq, mentor dəstəyi qazanmaq və onlarla şirkət nümayəndəsinə təqdim etmək fürsətini qaçırma!
Müsabiqə süni intellektdən robototexnikaya, aqrar texnologiyalardan yaşıl enerjiyə, İT həllərindən kibertəhlükəsizliyə, təhsil texnologiyalarından FinTech sahəsinə qədər geniş istiqamətləri əhatə edir.
Müsabiqədə ölkənin bütün regionlarından bakalavr və magistr tələbələri, həmçinin universitetlərin əməkdaşları iştirak edə bilər. Komandalar minimum 2, maksimum 5 nəfərdən ibarət olmalıdır.
Müsabiqənin fokus sahələri:
- Süni intellekt
- Robototexnika
- Aqrar texnologiyalar (Agrotech)
- Yaşıl enerji
- Proqramlaşdırma və İT həlləri
- Kibertəhlükəsizlik
- Təhsil texnologiyaları
- FinTech və digər innovativ istiqamətlər
Mərhələlər:
- Qeydiyyat və ideya təqdimatı
- Peşəkar mentor dəstəyi
- Final Pitch Day
Mükafatlar:
- İlk 3 yerin qalibinə müxtəlif mükafatlar təqdim ediləcəkdir.
Müsabiqənin final mərhələsi 24 oktyabr 2025-ci ildə Regional Universitet-Sənaye Birliyi Sammiti (RUSB 2025) çərçivəsində baş tutacaq.
Qiymətləndirmə kriteriyaları:
- Təqdimat bacarığı – ideyanın peşəkar və inandırıcı şəkildə təqdim olunması, vizual materiallardan istifadə.
- Problem/həll – ideyanın həll etdiyi problemin aktuallığı və bazarda dəyəri.
- Konsepsiya və məhsul – ideyanın unikallığı, alternativlərdən üstünlüyü və inkişaf potensialı.
- Komanda – komanda üzvlərinin rolu, bilik və təcrübəsi.
- Bazar araşdırması və etibarlılıq – ideyanın bazar potensialının real araşdırmalarla əsaslandırılması, prototipin mövcudluğu.
- Məqsəd və bazar potensialı – ideyanın gələcəkdə böyük bazara çıxış və gəlir əldə etmə imkanı.
Hər kriteriya üzrə münsiflər 1-dən 5-ə qədər bal verəcəklər. Ən yüksək ümumi bal toplayan komandalar qalib olacaq.
Komandalar 10 oktyabr 2025-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Əlaqələndirici şəxs: Nurlan Əzizli – 055 915 48 93
nurlan.azizli.n@mdu.edu.az