Mingəçevir Dövlət Universitetində velosiped parkinq zonalarının sayı artırılır: Kampusda yaşıl infrastruktur imkanları genişləndirilir

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf strategiyası və “Yaşıl Kampus” konsepsiyası çərçivəsində ekoloji mobilliyin təşviqinə yönəlmiş tədbirlər ardıcıl şəkildə davam etdirilir. Universitetdə velosiped istifadəsinin təşviqi məqsədilə mövcud velosiped parkinq zonalarının genişləndirilməsi və yeni parkinq məntəqələrinin yaradılması istiqamətində işlərə başlanılıb.

Layihə çərçivəsində universitetin müxtəlif tədris binaları və kampus ərazilərində velosipedlərin təhlükəsiz və rahat şəkildə saxlanılması üçün əlavə parkinq sahələrinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, parkinq zonalarının beynəlxalq yaşıl kampus standartlarına uyğun şəkildə işarələnməsi və əlçatanlığının artırılması istiqamətində müvafiq infrastruktur tədbirləri həyata keçirilir.

Yeni yanaşmanın əsas məqsədi tələbə və əməkdaşlar arasında alternativ nəqliyyat vasitələrinin istifadəsini genişləndirmək, avtomobil istifadəsindən yaranan karbon emissiyalarını azaltmaq və ekoloji məsuliyyət mədəniyyətini gücləndirməkdir. Eyni zamanda, layihə universitet daxilində sağlam və aktiv həyat tərzinin təşviqinə də mühüm töhfə verir.