Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetində “VeloPark” layihəsinə start verilib

Mingəçevir Dövlət Universitetində “VeloPark” layihəsinə start verilib

  • Рубрика записиSağlam Həyat

2025-ci ilin sentyabrında Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və universitetin birgə təşəbbüsü ilə həyata keçiriləcək “VeloPark” layihəsi təqdim olunub.

Layihə Gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Nazir layihənin region gənclərinin sağlam həyat tərzi və idman fəaliyyətlərinə cəlb olunmasında strateji əhəmiyyət daşıdığını qeyd edib, təşəbbüsə dəstəyini ifadə edərək onun uğurlu nəticələr verəcəyinə inamını bildirib.

Yeni layihə universitetdə “yaşıl kampus” konsepsiyasını gücləndirməklə yanaşı, MDU-nun aktiv tələbə qızlarının idmana marağını artırmağı hədəfləyir. Bu məqsədlə layihə çərçivəsində 70 tələbə qıza velosiped təqdim ediləcək. Təşəbbüs tələbələrin sağlam həyat tərzinə, idman mədəniyyətinə və ekoloji dəyərlərə bağlılığının inkişafına xidmət edir.

Qeyd edək ki, bu layihənin təşkili universitetin sosial məsuliyyət strategiyasının tərkib hissəsi olmaqla, tələbələrin həm fiziki sağlamlığına, həm də ekoloji şüurun formalaşmasına töhfə verəcək.