Вы сейчас просматриваете Mingəçevir Dövlət Universiteti Tədris şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti Tədris şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

Əsas tələblər:

  • Tam ali təhsil (elmi dərəcə mütləqdir);
  • Ali təhsil sistemində minimum 5 il iş təcrübəsi;
  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də elm və təhsil sahələrinə dair Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları üzrə biliklər;
  • Professor-müəllim heyəti arasında dərs yükünün bölüşdürülməsi qaydaları, ikili diplom proqramları və fənn proqramlarının beynəlxalq akkreditasiyası sahəsində məlumatlılıq;
  • Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də idarəetmə və təşkilatçılıq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür.

Əmək funksiyası: 

  • Ali təhsil müəssisəsinin fakültə və kafedralarında tədris işlərinin təşkilinə nəzarət edir;
  • İşçi tədris planlarının hazırlanmasına nəzarət edir;
  • Kafedralarda professor-müəllim, eləcə də tədris-yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və göndərilməsinə istiqamət verir və rəhbərlik edir;
  • Tədris şöbəsinin işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir.
  • Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsinə nəzarət edir;

Bilməlidir:

  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini

Maraqlanan şəxslərdən CV-ləri  31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “Tədris şöbəsinin müdiri” mövzu başlığı ilə göndərmələri xahiş olunur.