Mingəçevir Dövlət Universiteti Rektorun katibəsi vəzifəsinə vakansiya elan edir
Əsas tələblər:
- Ali təhsil
- Minimum 1 il iş təcrübəsi
- Ofis proqramlarında sərbəst işləmək bacarığı
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Təşkilatçılıq və komanda ilə işləmə bacarığı
- Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini bilməsi üstünlükdür.
- Pozitivlik və işində dəqiqlik, fikrini düzgün və dolğun təqdim etmə bacarığı
Əmək funksiyası:
- Vəzifə təlimatına uyğun olaraq rəhbərlik tərəfindən verilən tapşırıqların icrası
- Rəhbərliyə gələn sənədlərin qəbulu və müvafiq strukturlara yönəldilməsi
- Rəhbərin görüşlərinin və iclaslarının təşkili
- Rəhbərin tapşırıqlarının müvafiq strukturlara düzgün şəkildə çatdırılması
- Telefon zənglərinin cavablandırılması və müvafiq strukturlara yönləndirilməsi
Tələblərə uyğun gələn və müraciət etmək istəyən şəxslərdən CV-lərini 31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “Rektorun katibəsi” mövzu başlığı ilə göndərmələri xahiş olunur.