Əsas tələblər:
- Ali təhsil
- Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi
- İdarəçilik və kollektivlə işləmək bacarığı
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları
- Təmir və tikinti işləri ilə bağlı təcrübə
- Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini bilməsi üstünlükdür.
Əmək funksiyası:
- Müəssisənin təsərrüfat-xidməti işlərinə rəhbərlik edir.
- Müəssisəyə lazım olan təsərrüfat mallarının sifarişinin vaxtında hazırlanması və təminatını təşkil edir.
- Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması, eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir.
- Otaqların vəziyyətinə nəzarət edir və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür.
- İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir.
- Universitet sahəsinin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət edir.
- Tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarət edir.
- Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurur.
- Tələb olunan hesabatları rəhbərliyə təqdim edir.
Bilməlidir:
- Əmək qanunvericiliyinin əsaslarını
- Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini
- Texniki təhlükəsizlik haqqında qanununu
- Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarını
- Yanğından mühafizənin norma və qaydalarını
- Əməyin mühafizəsi qaydalarını
- İş avadanlığının istismar qaydalarını
- İnformasiya-kommunikasiya texnologiyalarından istifadə
Tələblərə uyğun gələn və müraciət etmək istəyən şəxslərdən CV-lərini 31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “Təsərrüfat şöbəsinin müdiri” mövzu başlığı ilə göndərmələri xahiş olunur.