Вы сейчас просматриваете Yüksək bal toplamış bacılar Mingəçevir Dövlət Universitetinə qəbul olunublar

Yüksək bal toplamış bacılar Mingəçevir Dövlət Universitetinə qəbul olunublar

  • Рубрика записиTəhsil

Mingəçevir Dövlət Universiteti (MDU) 2024/2025-ci tədris ilində yüksək bal toplayaraq universitetimizə qəbul olan tələbələr arasında iki bacı – Behbudlu Mətanət və Behbudlu Mədinənin adını qürurla qeyd edir. Bərdə rayon N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin məzunları olan bu bacılar, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak ediblər.

Mətanət qəbul imtahanında 628 bal toplayaraq MDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasına, Mədinə isə 504,7 bal toplayaraq “Dil və ədəbiyyatı müəllimliyi (dillər üzrə)” ixtisasına qəbul olunub.

MDU olaraq, bu bacıların universitetimizi seçməsindən qürur duyuruq və onlara təhsil həyatlarında böyük uğurlar arzulayırıq. Onların MDU-da əldə edəcəkləri bilik və təcrübə ilə gələcəkdə ölkəmizin inkişafına dəyərli töhfələr verəcəklərinə əminik. Bu uğurlu nəticələr onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə zəmin yaradır.