2025-ci ilin 7 noyabr tarixində Vətən Müharibəsində qazanılmış Qələbənin 5 illiyi və Zəfər Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) şəhid məzunlarının və Milli Qəhrəman Natiq Qasımovun ailələri ziyarət edilib.
Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, MDU-da şəhidlərin xatirəsinin əziz tutulması, onların qəhrəmanlıqlarının gənclərə örnək kimi çatdırılması və şəhid ailələrinin diqqətdə saxlanılması bu istiqamətdə həyata keçirilən işlərin əsasını təşkil edir.