MDU kollektivi antiterror əməliyyatları zamanı şəhid olan Xəyal Canbaxışovun ailəsini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 2023-cü ilin sentyabr ayında aparılan antiterror əməliyyatları zamanı şəhid olan Xəyal Canbaxışovun ailəsi ziyarət edilib.

Ziyarət zamanı X.Canbaxışovun əziz xatirəsinə hazırlanmış otağa baxış keçirilib və şəhid dərin hörmət və ehtiramla yad edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhidin bacısı Xəyalə Canbaxışova MDU-da “Fizika müəllimliyi” ixtisasında təhsil alır.