20 Yanvar- Ümumxalq Hüzn Gününə həsr olunmuş guşələr yaradılıb

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) Kitabxananın təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş guşələr yaradılıb.

MDU-nun bütün tədris binalarının kitabxanalarında hazırlanmış guşələrdə 20 Yanvar hadisələrini əks etdirən fotolar, qəzet yazıları, məqalələr və kitablar yer alıb.

Guşənin yaradılmasında məqsəd xalqımızın qan yaddaşına çevrilmiş 20 Yanvar faciəsi barədə tələbə gəncləri maarifləndirməkdir.Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən müxtəlif formatlı silsiləvi tədbirlər keçirilir