2021/2022-Cİ TƏDRİS İLİNDƏ MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ!

2021/2022-Cİ TƏDRİS İLİNDƏ MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ!

 

MDU-da sənəd qəbulu onlayn aparılacaq!

​Ali təhsil müəssisələrinin bakalavriyat səviyyəsinə qəbul olmuş şəxslər mütləq “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.

Qeyd: “portal.edu.az” saytında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

portal.edu.az saytına aşağıdakı sənədlərin yüklənməsi vacibdir (MƏCBURİ SƏNƏDLƏR):

1. Təhsil haqqında sənəd – Attestatın əsli (subbakalavrlar üçün- diplom və ya arayış ) PDF formatda (skan edilmiş formada);

2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün) (skan edilmiş formada);

3.Ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün) (skan edilmiş formada);

4. Abituriyentin imtiyazlı olmasını təsdiq edən sənədlər (skan edilmiş formada).

Qeyd: portal.edu.az saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:

0514104475

0514104476

0516422372

 Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetə təqdim etmələri tələb olunur:

1. Attestat (diplom ali məktəb və ya kollec bitirənlər üçün) əsli;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3×4-ə 4 ədəd şəkil (ağ fonda);

4. Sağlamlıq haqqında arayış;

5.Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;

6. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;

7.İpli qovluq;

8. Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə);

9. Abituriyentin imtiyazlı olmasını təsdiq edən sənədlər.

  QEYD: Qeydiyyatdan keçmək üçün abituriyentlərin aktiv istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir, həmçinin qeydiyyat zamanı abituriyentlərin iş nömrəsi və parolu tələb olunur.                                                        

Abituriyentlər təhsil haqqını MDU-ya necə ödəyə bilər?

Abituriyentlər təhsil haqlarını 4 üsulla ödəyə bilərlər:

1. “Kapital Bank”ın ödəniş terminalları vasitəsilə. Ödəniş edərkən tələb olunan məlumatları daxil etmək mütləqdir (fakültə və qrup barədə məlumat xanasında isə abituriyentin iş nömrəsi qeyd edilir);

2. MDU-nun hesabına birbaşa mədaxil etməklə. Bu əməliyyatı “Kapital Bank”ın filial və şöbələrində etmək mümkündür.

3. Onlayn qaydada Hökümət Ödəniş Portalı vasitəsilə: https://gpp.az/ Bütün ödənişlər – Təhsil – Ali Təhsil Müəsisələri – Şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edərək ödəniş edə bilərsiniz.

4. Digər hesablardan MDU-nun bank hesabına köçürmə yolu ilə. MDU-nun bank rekvizitləri:

Mingəçevir Dövlət Universiteti

VÖEN 2700208321

h/h AZ15AİİB33080019442905187129

Kapital bank Mingəçevir

Kod 200297

VÖEN 9900003611

M/H AZ37NABZ01350100000000001944

SWIFT AİİBAZ2X

Ödənişin təyinatında tələbənin soyadı, adı və atasının adı, eləcə də iş nömrəsi qeyd edilməlidir.

2021/2022-Cİ TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ İMTİYAZLI AİLƏLƏRİN ÜZVÜ OLAN (TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN) ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

1. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notariat qaydada təsdiq edilməlidir;

2. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları – Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notariat qaydada təsdiq edilmiş surəti;

3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar – Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat. (Forma 88) Arayışlar elektron formada olmadıqda arayışın surəti notariat qaydada təsdiq edilməlidir(əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir);.

4. Şəhid ailəsinin üzvü olan abituriyentlər–

– Şəhid ailəsi vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;

– 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidir

– Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

QEYD:18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.(Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)​;

QEYD: Sistemdə məcburi daxil edilməsi tələb olunan sənədlərdən əlavə universitetimiz tərəfindən tələb olunan sənədlər “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlərin əlavə edilməsi üçün imkanı yaranır.