2023-cü ilin martın 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Mübahisələrin həllində mediasiyanın üstünlükləri” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Görüş iştirakçılarını salamlayan KİM-in mütəxəssisi İlhamə Məmmədova qonaqları təqdim edib və əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu bildirib. Sonra, Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının rəhbəri İsmayıl İsmayılov, mediatorlar Nigar Hüseynzadə və Rövşən İsmayılov mediasiyanın mahiyyəti, mediasiyaya müraciət halları və qaydaları, mediasiyanın üstünlükləri və tərəflərin qarşılıqlı anlaşmasında yaratdığı imkanlar haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıblar. Qarşılıqlı müzakirələrlə keçirilən görüş maraqla qarşılanıb.
MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
- Запись опубликована:02.03.2023
- Рубрика записиKaryera
Вам также может понравиться

Mingəçevir Dövlət Universitetində rəqəmsal media bacarıqları ilə bağlı təlimlərə başlanılıb

MDU-da “Qeyri-formal məşğulluqla mübarizə” mövzusunda növbəti seminar keçirilib

Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə maarifləndirici tədbiri keçirilib

MDU-da “Effektiv ünsiyyət” mövzusunda təlim keçirilib

MDU-da təlim: Tetahilinq nədir?

Mingəçevir Dövlət Universitetinin Məktəbəqədər təhsil proqramı üzrə Özünütəhlil komissiyasının işçi qrupu əmək bazarı nümayəndələri ilə görüşüb

MDU-da karyera təlimi: İş axtarışı və rezüme
