2023-cü ilin martın 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Mübahisələrin həllində mediasiyanın üstünlükləri” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Görüş iştirakçılarını salamlayan KİM-in mütəxəssisi İlhamə Məmmədova qonaqları təqdim edib və əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu bildirib. Sonra, Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının rəhbəri İsmayıl İsmayılov, mediatorlar Nigar Hüseynzadə və Rövşən İsmayılov mediasiyanın mahiyyəti, mediasiyaya müraciət halları və qaydaları, mediasiyanın üstünlükləri və tərəflərin qarşılıqlı anlaşmasında yaratdığı imkanlar haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıblar. Qarşılıqlı müzakirələrlə keçirilən görüş maraqla qarşılanıb.
MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
- Запись опубликована:02.03.2023
- Post category:Karyera
Digər yazılar

MDU-da müsahibəyə hazırlıqla bağlı təlim keçirilib

MDU-da seminar: “Karyera yüksəlişində dövlət qulluğunun rolu”

Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə maarifləndirici tədbiri keçirilib

MDU-da natiqlik təlimlərini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub

MDU-da Gənclər üçün “LevelUP” Karyera Forumu keçirilib

“Davamçı ol” layihəsi MDU-da
