Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri “İlin TGT sədri”fəxri adına layiq görülüb

  • Рубрика записиMDU xəbərləri

Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2 fevral 2024-cü il tarixində “Gənclər Günü”nə həsr olunmuş “GencZFest” tədbir keçirilib. Tədbirdə ölkənin müxtəlif universitetlərindən gənclər və tələbələr qatılaraq, öz aktiv fəaliyyətləri ilə fərqlənib.
Bu tədbir çərçivəsində 2024-cü il ərzində öz fəaliyyətləri ilə seçilən Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri və klubları təltif olunub. Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının sədri Aslan Ələkbərzadə, ölkədə ictimai və sosial əhəmiyyətli fəaliyyətlərə, könüllü işlərə göstərdiyi fəal iştirakına görə “İlin TGT sədri” fəxri adına layiq görülüb. Bu mükafat, onun 2024-cü ildəki uğurlu rəhbərliyi və gənclər sahəsindəki əhəmiyyətli işləri üçün verilmiş yüksək qiymətdir.
Əlavə olaraq, Mingəçevir Dövlət Universitetinin “CreArt” klubu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının missiyasının həyata keçirilməsindəki fəal iştirakına, ölkənin ictimai-siyasi həyatına verdiyi töhfəyə görə “İlin Tələbə Klubu” nominasiyasında təltif edilib. Bu klubun 2024-cü il ərzindəki təqdirəlayiq fəaliyyətinin bir göstəricisidir.
Qalibləri təbrik edir və inanırıq ki, mükafatlar MDU-nun tələbə-gəncləri üçün daha da böyük motivasiya və gələcək fəaliyyətlərində yeni nailiyyətlər əldə etmək üçün ilham verəcəkdir.