Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Texniki Universitetinin nümayəndələri arasında görüş keçirilib.
Görüş ikili diplom proqramı çərçivəsində “Elektrik və elektronika mühəndisliyi” və “Energetika mühəndisliyi” ixtisasları üzrə tədris proqramlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.
Müzakirələr zamanı sözügedən ixtisaslar üzrə tədris planlarının müasir əmək bazarının tələblərinə və mühəndislik təhsilində beynəlxalq yanaşmalara uyğunlaşdırılması, fənn proqramlarının məzmununun yenilənməsi, praktiki hazırlıq və laboratoriya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ikili diplom proqramının səmərəli icrası, akademik əməkdaşlığın genişləndirilməsi və tələbələrin rəqabətqabiliyyətli mühəndis kadr kimi hazırlanması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda tədris proqramlarının təkmilləşdirilməsi və növbəti mərhələlər üzrə koordinasiyanın gücləndirilməsi barədə razılıq əldə olunub.