Вы сейчас просматриваете MDU-nun tələbələri üçün Türkiyənin Ege Universitetində 1 semestr mübadilə imkanı

MDU-nun tələbələri üçün Türkiyənin Ege Universitetində 1 semestr mübadilə imkanı

Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Ege Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Ege Universitetində tədris türk dilində aparılır və MDU-nun hər üç fakültəsinə aid ixtisaslar üzrə mübadilə imkanı mövcuddur.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
• MDU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
• Ərizə forması (Application Form);
• Transkript (ÜOMG minimum 75 bal bakalavr tələbələri üçün);

Qəbul planı:
• Qəbul ediləcək tələbə sayı: 5
• Qəbul ediləcək müəllim sayı: 3

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri iro@mdu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
• Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq – sənədlərlə tanış olmaq üçün keçid edin.

Müraciət üçün son tarix: 31.10.2025

Əlaqə:
Pərviz Məmmədrzayev — Beynəlxalq əlaqələr ofisinin koordinatoru
Tel: 055 722 90 52