Вы сейчас просматриваете İstanbul Ticaret Universitetində MDU tələbələri üçün 1 semestrlik amübadilə proqramı

İstanbul Ticaret Universitetində MDU tələbələri üçün 1 semestrlik amübadilə proqramı

Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsində təhsil alan tələbələri və müəllimlər Türkiyənin İstanbul Ticaret Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, İstanbul Ticaret Universitetində tədris türk və ingilis dillərində aparılır və universitetin bütün ixtisasları üzrə mübadilə imkanı mövcuddur.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
• MDU-nun bakalavr (2-ci və 3-cü kurs) olmaq;
• Ərizə forması (Application Form);
• Transkript (ÜOMG minimum 75 bal bakalavr tələbələri üçün);

Qəbul planı:
• Qəbul ediləcək tələbə sayı: 5
• Qəbul ediləcək müəllim sayı: 5

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri “iro@mdu.edu.az” elektron poçt ünvanına göndərmələri xahiş olunur.
• Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq – sənədlərlə tanış olmaq üçün keçid edin.

Müraciət üçün son tarix: 31.10.2025

Əlaqə:
Pərviz Məmmədrzayev — Beynəlxalq əlaqələr ofisinin koordinatoru
Tel: 055 722 90 52