MDU tələbələri “English Night” adlı tǝdbir keçirib

Mingəçevir Dövlət Universitetinin (MDU) “Xarici dil müǝllimliyi˝ ixtisası üzrə təhsil alan IV kurs tələbələri pedaqoji təcrübədə olduqları Mingəçevir şəhər N.Agəngari adına 13 saylı tam orta məktəbdə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş “English Night” adlı tǝdbir keçirib. Tədbirdə MDU-nun və məktəbin müəllimləri, tələbələr və şagirdlər iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən videoçarx nümayiş olunub.

 Tədbirdə çıxış edən 13 saylı məktəbin direktoru Daşqın İbrahimov və MDU-nun xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov görüşün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini diqqətə çatdırıb, fikirlərini bölüşüblər. Bildiriblər ki, Azǝrbaycan ǝtraf mühitin qorunmasına, iqlim dǝyişmǝlǝrinin mǝnfi tǝzahürlǝrinin qarşısının alınmasına xüsusi önǝm verir. Çıxışçılar ölkǝmizin 2030-cu ilǝdǝk sosial-iqtisadi inkişafa dair milli prioritetlǝrindǝn birinin “Tǝmiz ǝtraf mühit vǝ yaşıl artım ölkǝsi” kimi müǝyyǝn edilmǝsi, işğaldan azad edilmiş ǝrazilǝrin vǝ Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminǝ hǝmrǝylik ili” elan edilmǝsi bu sahǝdǝ aparılan mǝqsǝdyönlü, ardıcıl dövlǝt siyasǝtinin dǝrin mǝzmunundan xǝbǝr verdiyini bildirərək, tədbir iştirakçılarını bu istiqamətdə hǝmrǝy olmağa dǝvǝt edirək uğurlar arzulayıblar.

Sonra MDU-nun XD20.1 qrupunun tələbələrinin hazırladıqları ssenari əsasında məktəblilər bir-birindən maraqlı şeirlər söyləyib, məlumatlar çatdırıb, mahnılar səsləndirib, rəqs nümunələri və flaşmob nümayiş etdiriblər.

Şagirdlərin çıxışları izləyicilərə xoş təəssüratlar bəxş edib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif tədbirlər keçirilir.