Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetinin tələbələri ağırlıqqaldırma üzrə Mingəçevir çempionatında 9 qızıl medal qazanıblar

Mingəçevir Dövlət Universitetinin tələbələri ağırlıqqaldırma üzrə Mingəçevir çempionatında 9 qızıl medal qazanıblar

2025-ci ilin 21 dekabr tarixində Mingəçevir şəhərində keçirilən ağırlıqqaldırma üzrə Mingəçevir Çempionatında Mingəçevir Dövlət Universitetinin tələbələri uğurlu nəticələr əldə ediblər.

Çempionatda universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə hazırlanan tələbələr iştirak ediblər. Yarışa hazırlıq prosesi Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksinin müəllimi Mehman Baxışovun rəhbərliyi ilə həyata keçirilib.

Tələbələr çempionatda Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adını təmsil edərək çıxış ediblər.

Çempionatın yekun nəticələrinə əsasən, MDU-nun tələbələri ağırlıqqaldırma, turnik, paralel qollar, krossfit üzrə müxtəlif çəki dərəcələri üzrə ümumilikdə 9 qızıl və 2 gümüş medal qazanaraq yüksək idman hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Çempionatı uğurla başa vuran tələbələr medal və diploma təltif olunublar.

Qeyd edək ki, əldə olunan bu nəticə Mingəçevir Dövlət Universitetində idmanın inkişafına, gənclərin sağlam həyat tərzinin təşviqinə və tələbələrin respublika səviyyəli yarışlarda fəal iştirakına göstərilən diqqətin bariz nümunəsidir.