Mingəçevir Dövlət Universitetinin tələbələri üçün Gazi Universitetinin TIES Mübadilə Programına müraciətlər başladı!

Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində, Türkiyənin aparıcı universitetlərindən biri olan Gazi Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə 1 semestrlik mübadilə proqramına müraciətlər açıq elan olunur.

Proqramın təqdim etdiyi imkanlar

  • 1 semestr ödənişsiz təhsil
  • Yataqxana təminatı
  •  Aylıq təqaüd
  •  Gediş-dönüş xərclərinin qarşılanması

Müraciət şərtləri

  • “Kompüter Mühəndisliyi” ixtisasında təhsil almaq
  • I və ya II kurs tələbəsi olmaq
  • Ümumi akademik göstəricisinin (ÜOMG) 75 və ya daha yüksək olması
  • Türk və ya İngilis dilində sərbəst ünsiyyət qura bilmək

Seçim prosesi

Namizədlər təqdim etdikləri müraciətlər əsasında ilkin qiymətləndiriləcək, uyğun hesab olunan tələbələr müsahibəyə dəvət ediləcəklər. Yekun seçim müsahibə nəticələrinə əsasən aparılacaqdır.

Müraciət

Müraciət etmək istəyən tələbələr əvvəlcə elektron ərizə formasını kompüter vasitəsilə doldurmalı, daha sonra doldurulmuş formanı aşağıda qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.

 E-mail: iro@mdu.edu.az

 Son müraciət tarixi: 22.06.2026

Əlavə məlumat üçün Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinə (əsas korpus, 2-ci mərtəbə, 211-ci otaq) müraciət edə bilərsiniz.