2024-cü il fevralın 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qalib olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) mövzusunda Erasmus+ KA2 layihəsinin Keyfiyyətin təminatı şurasının ikinci iclası keçirilib.
“ZOOM” platforması üzərindən online formatda keçirilən iclasda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları və layihənin tərəfdaşı olan 6 yerli və 4 xarici universitetlərin nümayəndələri iştirak edib.
İclas zamanı bir sıra keyfiyyətə nəzarət məsələləri haqqında məqamlar müzakirə olunmuş və yekun olaraq vahid keyfiyyətə nəzarət sənədinin yaradılması barədə birgə razılıq əldə olunmuşdur.
İclasın ikinci hissəsində layihə çərçivəsində təcrübə səfərlərinin sonunda Bakıda yekun konfransın keçirilməsi təklif edilib, R.Dunalpın müəllifi olduğu “Daanıqlı Enerji” kitabının Azərbaycan dilinə tərcüməsinin layihənin dayanıqlılığı baxımından əhəmiyyətli olması qənaətinə gəlinmişdir.