2023-cü il iyulun 6-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2022/2023-cü tədris ili üzrə sonuncu iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi, tələbə vətənpərvərlik inkişafı sahəsində görülən işlər, karyera inkişafının təşkili və 2022/2023-cü tədris ilində MDU Elmi Şurasının qərarlarının icra vəziyyəti haqqında hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra müvafiq tapşırıqlar və tövsiyələr verilib və hesabatlar Şura üzvləri tərəfindən qəbul olunub.
Bundan əlavə, Elmi Şuranının iclasında MDU-da yeni yaradılmış Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin Əsasnaməsi təsdiq edilib. Daha sonra cari məsələlərin müzakirəsi ilə davam edən iclasda 2022/2023-ci tədris ilinin uğurla başa çatdığını vurğulayan rektor bu münasibətlə təbriklərini və təşəkkürlərini çatdırıb. Cari tədris ilində universitet həyatında baş verən önəmli hadisələrdən və yeni dövrün universitetinə çevrilmə yolunda qarşıda duran vəzifələrdən bəhs edən Ş.Bayramov MDU-nun bütün kollektiv üzvlərinə, tələbələrə və magistrantlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.