Hörmətli Mingəçevir Dövlət Universitetinin əməkdaşları!
Əziz tələbələr və magistrantlar!
2020-ci ilin 17 fevral tarixində 2019/2020-ci tədris ilinin yaz semestri başlayır. Əminəm ki, bu semestr hər birinizin tədris və elmi fəaliyyətində növbəti uğurlu mərhələ olacaqdır.
Tələbə və magistrantlarımıza MDU ailəsinin professor-müəllim heyətinin yüksək potensialından maksimal dərəcədə faydalanmağı tövsiyyə edirəm.
Bütün əməkdaşlarımızı müasirləşmə yolunda olan MDU-nun gələcək uğurlarında pay sahibi olmağa dəvət edirəm.
Hörmətlə, MDU-nun rektoru Şahin Bayramov