2023-cü ilin martın 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Mübahisələrin həllində mediasiyanın üstünlükləri” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Görüş iştirakçılarını salamlayan KİM-in mütəxəssisi İlhamə Məmmədova qonaqları təqdim edib və əsas məqsədin gənclərin mediasiya və onun önəmi ilə bağlı məlumatlılığının artırılması olduğunu bildirib. Sonra, Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının rəhbəri İsmayıl İsmayılov, mediatorlar Nigar Hüseynzadə və Rövşən İsmayılov mediasiyanın mahiyyəti, mediasiyaya müraciət halları və qaydaları, mediasiyanın üstünlükləri və tərəflərin qarşılıqlı anlaşmasında yaratdığı imkanlar haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıblar. Qarşılıqlı müzakirələrlə keçirilən görüş maraqla qarşılanıb.
MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
- Запись опубликована:02.03.2023
- Рубрика записиKaryera
Вам также может понравиться

MDU-da tədbir: Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı

MDU-da “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilib

MDU-da seminar: Hotel və mehmanxana işinin təşkili

Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Gənclər Evinin fəaliyyəti haqqında infosessiya keçirilib

Mingəçevir Dövlət Universitetində “Sahibkar kimi düşün” mövzusunda təlim keçirilib

MDU-da təlim: Karyera planlaması

Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirililib
