2024-ci ilin 20 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Humanitar fənlər kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib. Tədbirdə hər iki tərəfdən professor müəllim heyəti və tələbələr iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d Aygün Qədirova moderatorluq edib. Tədbirdə MDU-nun Təhsil fakultəsinin dekanı dosent Nizami Zeynalov və Etnoqrafiya elmi fond şöbəsinin müdiri dosent Gülzadə Sərxan qızı Abdulova çıxış ediblər. Tədbirin proqramına uyğun olaraq dosent Gülzadə Abdulova “Azərbaycan milli baş geyimləri”, muzeyin elmi işçiləri Fəridə Xəlilova “Azərbaycan məişətində güləbətin tikmələri”, Fatma Qəniyeva “Azərbaycan çay mədəniyyəti” və Nurəngiz Qarayeva “Azərbaycan hamam mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbir zamanı iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlı olmasını arzulayıblar.
MDU-da “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib
- Запись опубликована:21.11.2024
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

Mingəçevir Dövlət Universitetində “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

MDU-da “Yaşıl Nəqliyyat: Qlobal Çağırışlar” mövzusunda elmi seminar keçirilib

Valideynlər 2024/2025-ci tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində imtahanları müşahidə ediblər

Mingəçevir Dövlət Universitetinin tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

MDU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ədəbi-bədii tədbir keçirilib

Sloveniya Respublikasının Nova Gorica Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir
