Mingəçevir Dövlət Universitetində Beynəlxalq Tələbə Günü qeyd edilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Tələbə Günü qeyd edilib

 

Mingəçevir Dövlət Universitetində 17 noyabr – Beynəlxalq Tələbə Günü qeyd edilib. Tədbirdə universitetin professor, müəllim və tələbə heyəti iştirak edib. Tədbirin bədii hissəsinin açılışını Mələk Tağıyevanın rəhbərliyi ilə Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin “Sevinc” rəqs qrupunun rəqqasları edib.

Sonra Mingəçevir Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev tədbir iştirakşılarına rektor Şahin Bayramovun salamlarını yetirib və Mingəçevir Dövlət Universitetinin bütün tələbələrini onun adından təbrik edib, onlara faydalı təhsil illəri, maraqlı tələbə həyatı və gələcəkdə uğurlu karyera inkişafı arzulayıb.

Sonra tədbir iştirakşılarına yaradıcı və istedadlı tələbələrinin iştirakı ilə bir-birindən maraqlı, rəngarəng konsert proqramı təqdim edilib.    

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

{phocagallery view=category|categoryid=247|limitstart=0|limitcount=0}