Mingəçevir Dövlət Universitetində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib

 

2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının müdiri Babək Tağıyev ilə görüşüb. Görüşdə filialın şöbə müdiri Pərviz Hüseynov, rektorun müşaviri Ramin Məmmədov və universitetin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak ediblər.

Görüşdə əmək bazarının mövcud tələbləri və təqdim olunan məşğulluq xidmətləri barədə universitetdə müntəzəm olaraq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsi, tələbə və məzunların karyera inkişafının dəstəklənməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı birgə əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub və müvafiq layihələr çərçivəsində işbirliyinə dair ilkin razılıq əldə olunub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilalanların karyera inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=871|limitstart=0|limitcount=0}