Mingəçevir Dövlət Universitetində EQAC layihəsinin rəhbərlərinin iştirakı ilə ESG standartları əsasında təlim keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində EQAC layihəsinin rəhbərlərinin

iştirakı ilə ESG standartları əsasında təlim keçirilib

 

Mingəçevir Dövlət Universitetinə EQAC layihəsinin rəhbərləri, Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Layihələr şöbəsinin müdiri, EQAC layihəsinin baş koordinatoru Gülşən Bayramova səfər ediblər. Səfər monitorinq xarakter daşıyıb. Belə ki, universitetin layihə çərçivəsində iş planına uyğun işləməsi, ESG standartlarının, təlim nəticələrinin layihə üzvü olan xarici ölkə ali təhsil müəssisələrində örənildikdən sonra pedaqoji heyətin və tələbələrin nəzərinə çatdırılması, onların maarifləndirilməsi necə və hansı səviyyədə öz əksini tapmışdır. Belə silsilə təlimlərdən birində onların istəklərinə uyğun olaraq iştirakı həyata keçirilib.

Universitetin pedaqoji və tələbə heyətinin iştirakı ilə keçirilən növbəti təlimdə ilk olaraq MDU-nun elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov çıxış edərək rektor Şahin Bayramovun salamlarını yetirib və təlimin işində hər bir kəsə uğurlar diləyib.

Sonra Bakı Biznes Universitetinin əməkdaşı, layihənin baş koordinatoru Gülşən Bayramova təlimin məqsəd və məramı barədə ətraflı məlumat verib.

Layihə üzvü Səbinə Quliyeva qeyd edib ki, EQAC layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərdən biri universitetdə pilot ixtisasın seçilməsi, həmin ixtisas üzrə tədris proqramlarının Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi, Təhsil sahəsi üzrə dövlət standartları, Ali təhsilin dövlət standartı, Avropa Kvalifikasiyalar Çərçivəsi, Avropa fənn tələblərinə uyğun hazırlanmasıdır. S.Quliyeva bildirib ki, bu məqsədlə təlim nəticələri və onların yazılması ilə əlaqədar təlim təşkil edilmişdir. Təlim aşağıdakı mövzuları əhatə edibdir:

Təlim nəticələrinin məqsədi nədir?

Təlim nəticələri necə yazılmalıdır?

Blum taksanomiyası və təlim nəticələrinin yazılmasında onun əhəmiyyəti və istifadə qaydaları;

Təlim interaktiv və qarşılıqlı dialoq şəklində həyata keçirilıb.

Sonra layihənin baş koordinatoru Gülşən Bayramovanın bir başa rəhbərliyi ilə pedaqoji heyətə və tələbələrdən ibarət nümayəndələrə sorğu anketləri paylanılıb və suallara uyğun olaraq doldurulması xahiş edilib. Sorğular ESG standartları, EQAC layihəsinin məqsədi, onun universitetə təsiri və hansı formada olduğu əhatə edilibdir.

Sonra layihə üzvü, təlimçi Üzeyir Zeynalov maraqlı tərəflərin keyfiyyətin təminatı prosesində rolundan bəhs edib. Qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətin təminatı üzrə yeni sistemin yaradılması ilə bağlı müddəanın olması ali təhsil məktəblərində keyfiyyətin təminatı ilə bağlı yeni yanaşmaların tətbiq edilməsini aktuallaşdırır. O, bildirib ki, bildiyimiz kimi, müasir çağrışlara cavab verən keyfiyyət təminatı sistemi artıq onilliklərdi ki, Avropa təhsil məkanında mövcudur. Belə bir sistemlə yaxından tanışlıq, onların təcrübəsindən yararlanmaq Azərbaycan təhsil sistemi üçün yeni imkanlar yaratmış olardı. Üzeyir Zeynalov Avropa İttifaqının maliyyə dəstəyi Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən Təhsildə Keyfiyyətin Təminatı steminin (EQAC) yaradılması üzrə layihə belə bir missiyanın həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

Ü.Zeynalov bildirib ki, həmin layihənin üzvlərindən biri olan Mingəçevir Dövlət Universiteti də keyfiyyətin təminatı üzrə yeni sistemin yaradılmasında fəal iştirak edir. Azərbaycan ali məktəblərinin nümayəndələri layihə çərçivəsində Avropanın əməkdaş universitetlərinə səfərlər etmiş və qazanılmış təcrübəni milli təhsil sisteminə uyğunlaşdırılmış şəkildə tətbiq etməyə çalışmışlar. Belə bir layihədə iştirak həmin universitetlərə müasir tələblərə cavab verən keyfiyyət təminatı sisteminin qurulmasına imkan vermişdi.

Sonra layihənin baş koordinatoru Gülşən Bayramova layihə çərçivəsində cavablara görə ən yüksək səviyyədə iş görülən mərkəz digər ali məktəblərdən fərqli olaraq Mingəçevir Dövlət Universitetinin strukturu olduğunu bəyan edib və Səbinə Quliyevaya və onun rəhbərlik etdiyi mərkəzə təşəkkürünü bildirib.

Təlimdən sonra Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov EQAC layihəsinin rəhbərləri, BBU-nun məsul nümayəndələr ilə görüşüb.    

{phocagallery view=category|categoryid=220|limitstart=0|limitcount=0}